RU

Müsəlman qadın ABŞ tarixində bir ilkə imza ATDI  

Virciniya ştatında keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Qəzala Haşmi ABŞ tarixində qubernator leytenantı seçilən ilk müsəlman qadın olub. Vətəninfo.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Hindistan əsilli siyasətçi bu vəzifədə Respublikaçı Uinsom Erl-Sersi əvəz edəcək. Qələbə nitqində Haşmi nəticəni “tarixi qələbə” kimi qiymətləndirib və öz tərəfdarlarına dəstəyə görə təşəkkürünü bildirib.

Bu, Qəzala Haşminin ikinci dəfə tarixə düşməsidir — 2019-cu ildə o, Virciniya qanunverici orqanına seçilən ilk müsəlman qadın olmuşdu.

Seçkilər 4 noyabrda keçirilib. Eyni gündə Demokrat Partiyasından olan Abigail Spanberger də Virciniya qubernatoru seçilərək bu vəzifəni tutan ilk qadın olub. Spanberger əvvəllər ABŞ Nümayəndələr Palatasının üzvü olub və Mərkəzi Kəşfiyyat İdarəsində terrorizm və nüvə silahlarının yayılmasına qarşı fəaliyyətlə məşğul olub.

Bundan başqa, ABŞ mediası Nyu-Cersi ştatında Demokrat namizəd Mikki Şerrilin Trampın müttəfiqi Cek Çiatarellini məğlub edərək qalib gələcəyini proqnozlaşdırır.

CNN-in məlumatına görə, keçmiş prezident Co Bayden həm Şerrili, həm də Spanbergeri qələbə münasibətilə şəxsən təbrik edib.

Xatırladaq ki, ilkin nəticələrə əsasən, Nyu-York meri seçkilərində Hindistan əsilli demokrat Zöhran Mamdani qalib gəlib. O, şəhərin tarixində ilk müsəlman və ən gənc mer olacaq.

Избранный
68
42
veteninfo.az

10Источники