RU

Orqanı donorluğunda ailənin rolu– Səhiyyə Nazirliyi aydınlıq gətirir

Bakı. Trend:

Azərbaycan Respublikasının “İnsan orqan və toxumalarınındonorluğu və transplantasiyası haqqında” Qanununa əsasən, 18 yaşıtamam olmuş və tam fəaliyyət qabiliyyətinə malik hər bir vətəndaşölümündən sonra öz orqanlarını bağışlamaq barədə könüllü qərar verəbilər. Bu qərar donor reyestrində qeydiyyata alınarsa və ya yazılışəkildə rəsmiləşdirilərsə, hüquqi qüvvəyə malik sayılır.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğuvə Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətininsədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, vətəndaş vəfat etdikdə, orqan bağışlanmasıilə bağlı onun sağlığında verdiyi qərar ailəsinə yalnız məlumatxarakterində bildirilir və ailədən əlavə razılıq tələb olunmur:

“Qanun burada şəxsin öz bədəni üzərində verdiyi iradəni əsasgötürür və bu iradə üstün hüquqi statusa malikdir. Yəni, vətəndaşsağlığında orqanlarını bağışlamaq barədə qərar veribsə, ailəninetirazı həmin qərarı ləğv etmir”.

Y.Abbasova qeyd edib ki, orqanların götürülməsi yalnız beyinölümü rəsmi şəkildə təsdiqləndikdən sonra və müvafiq tibbikomissiyanın qərarı ilə həyata keçirilir:

“Bu mərhələdə ailə ilə izahat və psixoloji dəstək işi aparılır.Məqsəd şəffaflıq, etibar və insan iradəsinə hörmət prinsiplərininqorunmasıdır”.
Sonda Mərkəzin sədri vurğulayıb ki, vətəndaşın orqan bağışlamaqbarədə sağlığında ifadə etdiyi iradə həlledici hesab olunur: “Ailəüzvləri isə proses barədə məlumatlandırılır. Bu yanaşmatransplantasiya sisteminin həm etik, həm də hüquqi cəhətdən düzgünişləməsini təmin edir.

Məqalədə:
Избранный
38
5
az.trend.az

6Источники