RU

Simonyanı öldürmək istəyənlərdən xəbər var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana sui-qəsd cəhdi haqda işə bağlı qapılar arxasında baxılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Təqsirləndirilənlərdən bir neçəsi azyaşlıdır. Buna görə də iş ictimaiyyətə qapalı olacaq”, – deyə qeyd edilib.

Xatırladaq ki, 2023-cü ilin yayında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyat orqanlarının Marqarita Simonyan və digər rusiyalı jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd cəhdinin qarşısını aldığını bildirib. Təqsirləndirilən şəxslərdən üçü azyaşlıdır, onlardan biri həbs olunan zaman 8-ci sinif şagirdi olub.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
globalinfo.az

1Источники