RU

“Apple” ucuz notbuk istehsal edəcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

“Apple” şirkəti “iPhone” prosessoru ilə təchiz olunmuş ucuz “MacBook” kompüterini təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın “Apple” şirkəti ucuz notbuk üzərində işləyir. Sadələşdirilmiş “iPhone” prosessoruna sahib olacaq model 2026-cı ilin ilk yarısında təqdim ediləcək. Yeni ucuz qurğu yığcam notbuk və planşet istifadəçiləri üçün nəzərdə tutulacaq. Onun qiymətinin 1000 dollardan xeyli aşağı olacağı gözlənilir. “Apple” “iPad” planşeti ilə “Magic Keyboard” klaviatura paketi üçün 600 dollar qiymət hədəfləyir.

Ucuz notbuk “iPadOS” əvəzinə “macOS” əməliyyat sistemi ilə çalışacaq. Yeni qurğu bunun sayəsində əhəmiyyətli batareya ömrünə və planşetdən daha çox çevikliyə sahib olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
2
azertag.az

3Источники