RU

Devid Bekhem cəngavərlik tituluna layiq görüldü

Finss.az xəbər verir ki, Böyük Britaniyanın Kralı III Çarlz çərşənbə axşamı keçmiş İngiltərə futbolçusu Devid Bekhemə cəngavərlik titulu verdi.

Bekhem artıq Ser, həyat yoldaşı Viktoriya isə Leydi kimi tanınacaq.

Əvvəllər 50 yaşlı Bekhemin 14 noyabrda Kralın qarşıdan gələn ad günü ilə əlaqədar olaraq mükafat siyahısına daxil edildiyi bildirilirdi. Xeyriyyə işlərinə töhfələr verən idmançının Kralla möhkəm dostluq münasibətləri var.

Bekhem "Mançester Yunayted" ilə çoxsaylı titullar qazanıb, həmçinin "Real Madrid" (İspaniya), "Los Angeles Galaxy" (ABŞ) və "Paris Saint-Germain" (Fransa) ilə kuboklar qazanıb. O, İngiltərə milli komandasında 115 oyun keçirib.

Избранный
60
fins.az

1Источники