RU

KİV: İsrail ordusu Əl-Kunaytrada bir qrup suriyalını saxlayıb

KİV: İsrail ordusu Əl-Kunaytrada bir qrup suriyalını saxlayıb

İsrail ordusunun mexanikləşdirilmiş patrulu Suriyanın Əl-Kunaytra vilayətinə daxil olaraq ərazidə təmizləmə əməliyyatı keçirib.

AFN.az xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Məlumata görə, israilli hərbçilər Cəbata əl-Haşəb kəndində yaxınlıqdakı karxanalara gedən yolu bağlayıblar. Yoxlama zamanı həmin karxanada işləyən bir qrup suriyalı saxlanılıb. Onların sayı açıqlanmayıb.

Bundan əvvəl Suriyanın cənubundakı Əl-Maariya kəndində İsrail patrulu radikal qruplaşmalarla əlaqədə şübhəli bilinən iki nəfəri həbs etmişdi.

Suriyanın Xarici İşlər Nazirliyi İsrailin “işğalçı qüvvələrinin” hər gün Suriya ərazisinə daxil olmasını kəskin şəkildə pisləyib. Nazirliyin “X” sosial platformasında yayımladığı bəyanatda bildirilir ki, bu addımlar 1974-cü ildə imzalanmış, İsrail və Suriya qüvvələrinin Qolan təpələrində ayrılmasını nəzərdə tutan sazişin kobud şəkildə pozulmasıdır.

“Suriya beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını dərhal dayandırmaq üçün təcili tədbirlər görməyə çağırır”, – deyə bəyanatda vurğulanıb.

Избранный
26
afn.az

1Источники