RU

Ermənistan İstintaq Komitəsi dövlət çevrilişi işi üzrə sübutlar əldə edib

Ermənistanda dövlət çevrilişi ilə bağlı iş üzrə həbs edilmiş şəxs öz əməllərini terror adlandırıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan parlamentdə büdcə dinləmələri zamanı deputat Anna Qriqoryanın sualını şərh edərkən bildirib.

Deputat bəyan edib ki, arxiyepiskop Baqrat Qalstanyanın telefon danışıqlarının dinlənilməsi zamanı "iki-üç nəfəri öldürməyin lazım olması" ifadəsi əsasında dövlət çevrilişi niyyətini həbs olunanların (din xadimləri də daxil olmaqla) üzərinə qoymağa çalışırlar.

"Siz vəzifəli şəxs olaraq, tam məlumata malik olduğunuz halda, cəmiyyəti qorxutmaq üçün sadəcə bir ifadə seçmisiniz... Əgər belə faktlar varsa, niyə onlar açıqlanmır", - o bildirib.

Buna cavab olaraq İstintaq Komitəsinin rəhbəri dinləmə faktının araşdırılmadığını bildirib, lakin o, söhbətin qeydinin necə əldə edildiyini dəqiqləşdirməyib. A.Poqosyan qeyd edib ki, axtarış zamanı tapılmış ehtimal olunan fəaliyyət planlarında birbaşa "terrorizm" sözü yazılıb və binaların (polis binaları da daxil olmaqla) ələ keçirilməsindən danışılıb. "İstintaqı qabaqlamaq istəmirəm, lakin açıq məhkəmə prosesində hər şeyə əmin olacaqsınız", - o bəyan edib.

"Cebheinfo.az"

Избранный
5
3
cebheinfo.az

4Источники