RU

"Birinci dövrəni ən yaxşı yerdə bitirməliyik" - "Sumqayıt"ın legioneri

Misli Premyer Liqasının 10-cu turunda "Araz-Naxçıvan"ı qəbul edən "Sumqayıt" 3:2 hesablı qələbə qazanaraq xallarının sayını 17-yə çatdırdı və turnir cədvəlinin 5-ci pilləsinə yüksəldi. Hazırda lider "Turan Tovuz"dan cəmi 4 xal geri qalan "kimyaçılar"ın fransalı müdafiəçisi Rayan Senhadji Fanat.Az-ın suallarını belə cavablandırdı:

- İddialı "Araz-Naxçıvan" üzərində qələbə asan iş deyildi. Belə olacağını gözləyirdin?
- Hə, ianırdım. Biz güclü rəqibə qarşı çətin oyun keçirdik. Mentalitetimiz belədir ki, hər matça qələbə üçün çıxırıq.

- Hazırda lider "Turan Tovuz" "Sumqyaıt"ı cəmi 4 xal qabaqlayır. Zirvə o qədər də uzaqda deyil. Bu barədə nə deyə bilərsən?
- Çempionluq uğrunda mübarizə olduqca gərgindir. Diqqətimizi cəmləməyə davam etməli və ilk dövrəni bacardığımız qədər ən yaxşı yerdə bitirməliyik

- Növbəti matçınızı qəbələyə qarşı keçirəcəksiniz. Sizi bu qarşılaşmada 1 xal qane edəcək?
- Hər oyun final kimidir. Biz bütün matçlarda yalnız 3 xal üçün mübarizə aparırıq.

Nihat

Избранный
8
1
fanat.az

2Источники