RU

Lənkəranlı şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası vəfat etdi – FOTO

Şəhidin atası rəhmətə gedib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindən olan Lənkəranlı şəhid polkovnik-leytenant Mehman Şirvanovun atası Mirəziz Səməd oğlu Şirvanov rəhmətə gedib. Mirəziz Şirvanov bir müddət əvvəl Lənkəran rayon mərkəzi xəstəxanasında ürək əməliyyatı keçirib. Əməliyyatdan bir neçə gün sonra o insult keçirib. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə təxliyə olunub.

O, bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.

Избранный
41
5
nocomment.az

6Источники