RU

Bitkoinin qiyməti 100 min dollardan aşağı düşüb

Bitkoin kriptovalyutasının qiyməti 99 min 671 dollar olub. SİA “Binance” platformasının məlumatlarına istinadla xəbər verir ki, bitkoinin qiyməti 2025-ci il iyunun 23-dən bəri bu səviyyəyə ilk dəfə enərək 6,57 faiz ucuzlaşıb.

Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü bir nəfər və ya müəlliflər qrupu tərəfindən dərc edilib.

Избранный
8
3
sia.az

4Источники