RU

Bütün Çin avtomobil markalar eyni görünür, amma etibarlılıq fərqi haradadır?

Son illərdə Çin avtomobil sənayesi sürətlə böyüyür, lakin bu artımın içində bir sual ön plana çıxır: hamısı eyni ölkədən çıxırsa, niyə yalnız bəziləri etibarlıdır?

Azərbaycan bazarında bu fərq xüsusilə hiss olunur - bəzi Çin modellərində batareya qızması, qəzalarda yüksək gövdə deformasiya dərəcəsi və zəif təhlükəsizlik testləri müşahidə olunur.

Bu da göstərir ki, hər Çin avtomobili eyni səviyyədə istehsal edilmir - bəziləri ucuz görünüşə, bəziləri isə real təhlükəsizliyə yatırım edir. Burada vacib sual da yaranır: hamısı eyni ölkədən çıxırsa, niyə yalnız bəziləri həqiqətən etibarlıdır?

Bu sualın cavabı Geely adında gizlidir - Çin istehsalı, amma İsveç təhlükəsizliyi ilə.

Volvo mirası ilə formalaşan Geely təhlükəsizlik fəlsəfəsi

2010-cu ildən etibarən Volvo Cars markasının sahibi olan Geely, Avropa təhlükəsizlik standartlarını və İsveç mühəndisliyinin prinsiplərini birbaşa öz avtomobillərinə tətbiq edir.

Volvo-nun məşhur Gothenburg Təhlükəsizlik Mərkəzi, crash test laboratoriyalarıinsan yönümlü dizayn fəlsəfəsi indi Geely-nin də əsas dayağıdır.

Bu əməkdaşlıq sayəsində Geely-nin modelləri CMA (Compact Modular Architecture)SEA (Sustainable Experience Architecture) kimi beynəlxalq platformalarda yığılır - eyni texnologiyalar bu gün Volvo, Polestar və Zeekr modellərində də istifadə olunur.

Təhlükəsizlik yalnız konstruksiya deyil, elm və texnologiyadır

Geely avtomobillərinin təhlükəsizlik sistemi çoxsəviyyəlidir:

· Çoxqatlı struktur dizayn – toqquşma zamanı enerjini paylayaraq sərnişin kapsulunu qoruyur.

· Ağıllı hava yastığı sistemi – sərnişinin bədən mövqeyinə uyğun açılma bucağını hesablayır.

· 540° kamera və ADAS 2.0 – avtomobilin ətrafını izləyən radar və LiDAR sensorları ilə qəza riskini öncədən müəyyən edir.

· Batareya Təhlükəsizlik Kapsulu (Battery Safety Shield) – yüksək temperaturda və ya zərbədə batareyanın öz-özünə reaksiyaya girməsinin qarşısını alır.

Geely modelləri həmçinin Euro NCAP və C-NCAP testlərində 5 ulduzlu nəticələr göstərib, bu da markanı Çin mənşəli brendlər arasında real təhlükəsizlik liderinə çevirib.

Etibarlılıq yalnız laboratoriyada deyil, yolda sübut olunur

Geely-nin mühərrikləri və hibrid sistemləri Afton Chemical və Bosch kimi qlobal tərəfdaşlarla hazırlanır.

Eyni zamanda transmissiya sistemləri Getrag (Magna Group) istehsalıdır, yəni Alman texnologiyası ilə Çin istehsalı birləşir.

Bu yanaşma avtomobilin həm dinamikliyini, həm də uzunmüddətli istismar etibarlılığını təmin edir.

Nəticə: Çin markaları çoxdur, amma keyfiyyət məktəbi birdir

Geely, sadəcə "Çin markası" deyil. O, Volvo məktəbinin davamı, mühəndislikdə insan mərkəzli dizaynın simvoludur.

Bu gün bazarda bənzər görünüşlü modellər çox ola bilər, amma arxasındakı texnologiya, test standartları və təhlükəsizlik fəlsəfəsi Geely-ni tamam başqa səviyyəyə qaldırır.

Geely - Çin istehsalı, İsveç təhlükəsizliyi.

Избранный
16
1
far.az

2Источники