RU

Azərbaycanda dini icmalar üçün bərabər şərait yaradılıb -

Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc və qarşılıqlı hörmət şəraitində yaşaması ölkənin ictimai-siyasi həyatının əsas dayaqlarından biri olub. Bu ənənə bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Ölkədə bütün dini icmalar üçün bərabər hüquqlar və azad fəaliyyət şəraiti təmin olunub. Müxtəlif etiqad sahiblərinin birgəyaşayış mədəniyyəti, qarşılıqlı anlayış və ehtiram prinsipləri Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindəndir.Metbuat.az-ın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib, əksinə, onlar üçün bərabər şərait yaradılıb və daim hörmətlə yanaşılıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
19
1
metbuat.az

2Источники