RU

Nazir: Qafqaz ölkələri əməkdaşlığa məhkumdur

Ermənistan, Gürcüstan və Azərbaycan arasında müxtəlif platformalarda əməkdaşlıq imkanları var.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Yaxın qonşularımızla münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Üç Cənubi Qafqaz ölkəsi: Ermənistan, Gürcüstan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Üç ölkənin əməkdaşlıq edə biləcəyi məsələlər var, üç ölkənin ideya və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər. Biz əməkdaşlığa məhkumuq", - deyə XİN rəhbəri vurğulayıb. Dominos pizza

O qeyd edib ki, tarix üç ölkənin taleyinin bir-birinə bağlı olduğunu göstərir: "Onlar müstəqillik əldə ediblər, gücləniblər, zəifləyiblər, müstəqilliklərini itiriblər, sonra isə müstəqilliyi bərpa ediblər".


Telegram kanalımız
Избранный
21
yenisabah.az

1Источники