RU

SON DƏQİQƏ! Ali Koçun evində PARTLAYIŞ OLDU

"Fənərbaxça" klubunun başçısı Ali Koça məxsus bağ evində partlayış və yanğın baş verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aydın şəhərində iş adamı Ali Koça aid olduğu iddia edilən bağ evində baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində ev yararsız hala düşüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hadisə, Aydın şəhərinin Efeler rayonunun Umurlu məhəlləsində gecə yarısı baş verib. Ali Koça məxsus olduğu deyilən üzüm bağında hələlik məlum olmayan səbəblərdən partlayış baş verib. Qonşuların xəbərdarlığından sonra hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və jandarma qrupları cəlb edilib. Güclü küləyin təsiri ilə yanğın sürətlə yayılaraq böyük ziyan verib.

Избранный
36
manset.az

1Источники