RU

Meyvə bağlarına ən çox zərər fırtına və doludan dəyir

Azərbaycanda meyvə bağlarının sığortası üzrə həyata keçirilən ödənişlərin ümumi məbləği 1 milyon manata yaxınlaşıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, Aqrar Sığorta Fondu tərəfindən üzüm, gilas, şaftalı–nektarin, badam, alma və alça bağlarına dəyən zərərlərə görə ümumilikdə 651 min manat sığorta ödənişi həyata keçirilib. Qalan məbləğ isə digər meyvə bağlarında baş verən hadisələrlə bağlı ödənilib.

Nazirliyin məlumatına görə, indiyədək olan müşahidələr göstərir ki, meyvə bağlarına ən çox zərər fırtına, dolu, şaxtavurma və sel-subasma nəticəsində dəyir.

Hazırda aqrar sığorta çərçivəsində 41 növ bitki və bitki məhsulu sığortalana bilər. Sığorta şərtləri və tarifləri barədə ətraflı məlumat  Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində təqdim olunur.

Избранный
33
fins.az

1Источники