RU

Fərid Abbasov: “Hər birimiz meydanda əla mübarizə apardıq”

Azərbaycanın futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında Liviyaya qarşı görüşdə uğurlu oyun nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, bunu yığmanın üzvü Fərid Abbasov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, matçla bağlı fikirlərini bölüşüb:

“Hər birimiz meydanda əla mübarizə apardıq. Hazırkı baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Çalışdıq ki, həm nəticə yaxşı olsun, həm də oyun planında fərqlənək. Düzdür, İslam Həmrəyliyi Oyunlarında ilk matçımız idi, buna görə də komandada həyəcanlı olanlar da var idi. Ancaq hamımız qələbə qazanacağımıza inanırdıq. Rəqibi zəif hesab etmirdik, özümüzə inamımız böyük idi. Əlbəttə, heç bir qələbə asan qazanılmır. Oyun gərgin keçdi. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var”.

Futzalçı oyunda het-trik etməsi barədə də fikirlərini açıqlayıb:

“Millidə ilk belə göstəricimdir. Qol vurmaq vacibdir, amma əsas komandaya kömək etmək, irəli getməsində pay sahibi olmaqdı. Zəfər günlərini yaşadığımız vaxtda millinin də bu sevincə qatqısı olmasını istəyirdik”.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu Azərbaycan millisi ötən gün Liviyanı 5:4 hesabı ilə məğlub edib.

İdman.Biz

Избранный
12
4
idman.biz

5Источники