RU

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə beynəlxalq oyun həvalə etdi

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada kişilər arasında Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunu idarə edəcək.

O, “Melina Merkuri” arenasında keçiriləcək Yunanıstanın “Olimpiakos” və İspaniyanın “Quaquas” komandaları arasında baş tutacaq oyunun baş hakimi olacaq.

Qeyd edək ki, matçda ikinci hakim funksiyasını polşalı Aqneşka Miçlik icra edəcək.

İdman.Biz

Избранный
7
1
idman.biz

2Источники