RU

Antalyada xaricdəki Azərbaycan Evlərinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin IForumu çərçivəsində xaricdəki Azərbaycan Evlərinin təqdimatıkeçirilib, fəaliyyətləri müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdəAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov, Azərbaycan Respublikasının mədəniyyət naziriAdil Kərimli, müxtəlif ölkələrdəki Azərbaycan Evlərinin vəMədəniyyət Mərkəzlərinin rəhbərləri, media təmsilçiləri iştirakedib.

Müzakirələr zamanı Azərbaycan Evlərinin fəaliyyəti ilə bağlıvideoçarxlar nümayiş olunub, evlərin mədəniyyətimizi, dilimizi vəmilli kimliyimizi qorumaq istiqamətində həyata keçirdiyi layihələrbarədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Evləri soydaşlarımızın elmi vəintellektual potensiallarının birləşdirilməsi, mədəni və ictimaiəlaqələrin möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinindünyaya çatdırılması baxımından mühüm platforma rolunu oynayır.

Xaricdəki Azərbaycan Evlərinin rəhbərləri hesabat xarakterliçıxışlar edib, mədəniyyət diplomatiyasına verə biləcəkləritöhfələri bir daha xatırladıblar.

Daha sonra “Azərbaycan Evləri” konsepsiyasına yeni baxışbucaqlarını özündə ehtiva edən, yaxın illər üçün hədəfləri və işləkmexanizmləri müəyyən edən təqdimat iştirakçıların diqqətinəçatdırılıb. Təqdimat böyük marağa səbəb olub və onun ətrafındageniş müzakirələr aparılıb.

Görüşdə, həmçinin xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdətutulan “Milli Dilli” onlayn dərs layihəsinin təqdimatıkeçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyatakeçirilən layihənin ideya müəllifi və rəhbəri, NiderlandKrallığında yaşayan soydaşımız Sevinc Əliyeva “Milli Dilli”haqqında geniş məlumat verib, gələcək inkişaf istiqamətlərininəzərə çatdırıb, layihənin hər kəs üçün əlçatan olduğunu bildirib.Layihə barədə videoçarx təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri xaricdəki AzərbaycanEvləri rəhbərlərinin çoxsaylı suallarını cavablandırıb.

Əlavə edək ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evivar. Hər bir Azərbaycan Evində həftəsonu məktəbləri fəaliyyətgöstərir.

Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Antalyada
Избранный
23
3
az.trend.az

4Источники