RU

60 yaşlı kişi ölümündən sonra orqanlarını bağışlayaraq 100 nəfərin həyatını xilas edib

Cənubi Koreyada 60 yaşlı Moon Ju-hwan adlı şəxs ölümündən sonra orqanlarını bağışlayaraq 100 nəfərə yeni həyat bəxş edib.

Editor.az Korea JoongAng Daily nəşrinin məlumatına istinadla xəbər verir ki, Moon Ju-hwan avqustun 9-da dostu ilə söhbət edərkən qəfildən huşunu itirib və xəstəxanaya yerləşdirilib. Həkimlər onun beyin ölümünü elan ediblər. Məlum olub ki, o və oğlu əvvəllər orqan donoru kimi qeydiyyatdan keçiblər. Ailəsi mərhumun istəyinə hörmət edərək bu qərarı qəbul edib.

Nəşr qeyd edir ki, Moon Ju-hwan donor kartını daim pulqabısında gəzdirirmiş. Onun ağciyərləri və toxumaları Seulun Eunpyeong bölgəsində yerləşən Müqəddəs Məryəm Xəstəxanasında təxminən 100 xəstənin müalicəsinə və həyatının xilasına kömək edəcək.

Milli Orqan, Toxuma və Qan İdarəetmə İnstitutunun məlumatına görə, insan toxuması təcili transplantasiya tələb edən orqanlardan fərqli olaraq beş ilə qədər saxlanıla bilər.

Qeyd edək ki, amerikalı aktyor Cessi Eyzenberq də oktyabr ayında bir əcnəbiyə böyrəyini bağışlayacağını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
32
editor.az

1Источники