RU

Şoyqu: “Cənubi Qafqazda vəziyyət yaxşılaşır — ‘3+3’ platforması bərpa olunmalıdır”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Cənubi Qafqazda vəziyyət ümumilikdə sabitləşmə istiqamətindədir.

Musavat.com-un məlumatına görə o, Moskvanın ev sahibliyi etdiyi MDB Təhlükəsizlik Şuraları katiblərinin XIII görüşündə çıxış edib.

Şoyqu qeyd edib ki, regionda sülh prosesinin əsasını məhz regional dialoq təşkil etməlidir.

“Sülh prosesi ilk növbədə regional xarakter daşımalı, bu baxımdan ‘3+3’ platformasının fəaliyyətini bərpa etmək vacibdir,” — deyə o bildirib.

Şoyqu həmçinin nəqliyyat və kommunikasiya xətlərinin açılmasının Cənubi Qafqaz üçün həlledici əhəmiyyətə malik olduğunu xatırladıb və bunun artıq üçtərəfli işçi qrupda razılaşdırıldığını vurğulayıb.

Musavat.com

Избранный
78
1
musavat.com

2Источники