RU

Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir

Türkiyənin Suriya və İordaniya üzərindən Körfəz ölkələrinə çıxışı təmin edəcək yeni quru ticarət dəhlizi regionda iqtisadi və geosiyasi balansı dəyişə bilər. İsrail mətbuatı son günlər Ankaranın bu istiqamətdə atdığı addımları “oyunu dəyişdirən layihələr” kimi dəyərləndirir və Təl-Əvivin bölgədəki təsir dairəsinin daralacağı barədə xəbərdarlıq edir.

Publika.az xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmas “Globes” qəzetində dərc olunan təhlilində Türkiyənin Yaxın Şərqdə formalaşan yeni ticarət xəttinin mərkəzinə çevrildiyini yazıb.

Onun sözlərinə görə, Türkiyənin ticarət naziri Ömər Bolatın İordaniyaya səfəri zamanı elan etdiyi “Türkiyə-Suriya-İordaniya-Körfəz” quru dəhlizinin gələn il istifadəyə verilməsi bölgədə logistik və iqtisadi nizamı əsaslı şəkildə dəyişəcək.

Yeni ticarət dəhlizi sayəsində 14 illik fasilədən sonra Türkiyə yük maşınları yenidən quru yoluyla Körfəz bazarlarına çıxış əldə edib. Məlumata görə, Suriyaya quru yol ixracı 2025-ci ilin ilk yarısında 60 faiz artıb. İsrail mətbuatı bu tendensiyanı Təl-Əviv üçün “həyəcan təbili” adlandırır. Çünki yeni marşrut İsrailin bölgədə planlaşdırdığı alternativ ticarət layihələrini kölgədə qoya bilər.

Избранный
40
publika.az

1Источники