Bu həftəsonu Azərbaycan derbisi - "Qarabağ" - "Neftçi" oyunu baş tutacaq.
Offsideplus.az xəbər verir ki, indiyə qədər keçirilmiş matçlarda "Qarabağ"ın 55, "Neftçi"nin 53 futbolçusu qol seçinci yaşayıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
5 futbolçu hər iki komandada qola sevinib.
İlk qolu 1992-ci ildə "Qarabağ"ın futbolçusu Zaur Qarayev vurub. 1:1 hesabı ilə bitən görüşdə paytaxt klubunun heyətində Ərani Beydiyev fərqlənib.
Mahir Emreli derbidə ən çox fərqlənən futbolçudur. Onun aktivində 9 qol var. Abdullah Zubir isə 8 dəfə fərqlənib.
"Neftçi"nin heyətində isə Nikolas Kanales və Flavinyo hərəyə 4 qol vurub.
Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.