RU

Nyu-Yorkun yeni meri Zöhran Mamdani kimdir?

Zohran Kveym Mamdani 18 oktyabr 1991-ci ildə Uqandanın paytaxtı Kampalada akademik Mahmud Mamdani və film rejissoru Mira Nairin ailəsində dünyaya gəlib. Valideynlərinin yeganə övladıdır.

O, hind əsilli valideynlərinin yeganı övladıdır. Atası ona Qananın ilk prezidenti Kvaim Nkrumahın şərəfinə Kveym ismini ikinci ad kimi verib.

Onun beş yaşı olanda ailəsi Cənubi Afrikaya, yeddi yaşı olanda isə Nyu-Yorka köçüb.

Mamdani Bronks tam orta məktəbini bitirib və 2014-cü ildə Men ştatındakı Baudoin Kollecində afrikaşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi alıb.

Mənzil məsləhətçisi və hip-hop musiqiçisi kimi çalışdıqdan sonra Mamdani meqapolisin yerli siyasətinə “Khader El-Yateem and Ross Barkan” üçün kampaniya meneceri kimi daxil olub. İlk dəfə 2020-ci ildə Demokratlar Partiyasının ilkin seçkisində Aravella Simotası məğlub edərək Nyu York Ştat Assambleyasına seçilib. 2021-ci ildən bu assambleyada Kvins (Queens) məhəlləsini təmsil edən 36-cı dairənin üzvü kimi fəaliyyət göstərib.

Mamdani 2024-cü ilin oktyabrında bəyan edib ki, 2025-ci il seçkilərində Nyu York merinə namizəd olacaq. O, Demokratlar Paryiyasının ilkin seçkilərində Endrü Kuomo üzərində inamlı qələbə qazanaraq, ümumi seçkilərdə yenidən Kuomo və respublikaçı namizəd Kurtis Sliva üzərində üstünlük əldə edib.

O, 1892-ci ildən bu yana şəhərin ən gənc və ilk müsəlman meri olacaq.

Xatirə SADİQ

Избранный
18
nocomment.az

1Источники