Vətəninfo.az xəbər verir ki, “Shenzhou-20” missiyasının astronavtları kosmik gəminin kiçik bir tullantı parçası ilə toqquşmasından sonra Yerə qayıtma planlarını təxirə salmaq məcburiyyətində qalıblar. CCTV telekanalının məlumatına görə, əvvəlcə çərşənbə gününə planlaşdırılan qayıdış qeyri-müəyyən müddətə təxirə salınıb.
Aprel ayında ‘‘Tiangong’’ kosmik stansiyasına gedən komanda altı aylıq missiyalarının sonuna yaxınlaşırdı.Komanda üç ekipaj üzvündən ibarətdir.
‘‘Shenzhou‑21’’ missiyasının isə şənbə günü stansiyaya uğurla qoşulduğu bildirilib.