RU

Tramp Ağ Evdə respublikaçı senatorları qəbul edəcək

Bakı, 5 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bütün respublikaçı senatorları səhər yeməyində qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ABŞ liderinin administrasiyası tərəfindən dərc edilən cədvəlində öz əksini tapıb.

Donald Trampın qısa çıxış edəcəyi səhər yeməyi yerli vaxtla səhər saat 8:30-da başlayacaq. Cədvəldə iclasın mövzusu barədə məlumat verilmir, lakin görüşün “shutdown” fonunda keçirilməsi diqqət çəkir.

Qeyd edək ki, oktyabrın 1-də gecə yarısı maliyyə çatışmazlığı səbəbindən ABŞ hökumətinin maliyyələşməsi dayanıb və “shutdown” başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə maddə üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və respublikaçılar bir-birlərini siyasi mənfəət üçün “shutdown”u uzatmaqda ittiham edirlər.

ABŞ hökumətində hazırkı “shutdown” 35 gündür davam edir və ölkə tarixində ən uzunmüddətli hesab olunur.

Избранный
30
azertag.az

1Источники