RU

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının hesabatına münasibət bildirdi

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsi ilə bağlı hesabatına münasibət bildirib.

Teleqraf xəbər verir ki, nazirlik sənədin Gürcüstanla bağlı bir sıra məsələləri bir tərəfli şəkildə qiymətləndirdiyini qeyd edib.

Bəyanatda vurğulanır ki, Aİ institutlarının Gürcüstana yönələn bəzi addım və açıqlamaları ölkənin daxili siyasətinə təsir etmək məqsədi daşıyır və bu, Gürcüstan-Aİ münasibətlərinin ruhuna ziddir.

"Biz Avropa İttifaqına üzvlük məsələsini siyasi alətə çevirməyə yönələn hər hansı cəhdləri qətiyyətlə pisləyirik. Bu yanaşma Gürcüstan-Aİ münasibətlərinə zərər vurur.Gürcüstan Aİ ilə bağlanmış müqavilələrə sadiqdir və Assosiasiya sazişi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri dürüst şəkildə yerinə yetirir, ölkənin Avropa standartlarına uyğunlaşmasını təmin edir",- bəyanatda qeyd edilir.

Избранный
45
teleqraf.com

1Источники