RU

ABŞ narkotik qaçaqmalçı gəmisinə hücum edib - Ölənlər var

ABŞ-nin müdafiə naziri Pit Heqset Sakit Okeanda narkotik daşıdığı iddia edilən qayıqa hücum edildiyini açıqlayıb. 

Missiya.Az türk mediasına istinadən xəbər verir ki, hücum nəticəsində təyyarədə olan iki nəfər həlak olub.

Heqset bildirib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilib.

Müdafiə naziri həmçinin hücum anının görüntülərini sosial mediada paylaşıb.

Nazir qeyd edib ki, əldə olunan kəşfiyyat məlumatları qayığın qeyri-qanuni narkotik daşıdığını və məlum qaçaqmalçılıq marşrutu ilə hərəkət etdiyini təsdiqləyib.

Heqset əlavə edib: "Vətəndaşlarımızı zəhərləmək üçün ABŞ-yə narkotik keçirməyi planlaşdıran istənilən gəmini tapıb məhv edəcəyik. Vətənimizi qorumaq bizim əsas prioritetimizdir."

Seyranə QuliyevaMissiya.Az

Избранный
33
1
missiya.az

2Источники