RU

Ötən illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsait 10 faiz artırılacaq

Bakı. Trend:

Dövlət sosial müdafiə fondunun gəlirlərinin 20 faizdən çoxudövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci ilüçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar ki, eynidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosialsiyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiəfondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsizamanı deyib.

Deputat bildirib ki, 8 milyard 483 milyon manatlıq xərclərin 8milyard 146 milyon manatı məhz əhaliyə ödənişlər üzrəxərclərdir:

“Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manatayrılacaq. Bu o deməkdir ki, fondun xərclərinin 94.0 faizindən çoxuməhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədəgələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faizartırılacaq”.

Избранный
31
az.trend.az

1Источники