RU

Ev almaq istəyənlərin NƏZƏRİNƏ… “Ucuz evlər bu ərazilərdədir” – Ekspert

Artıq yaxın gələcəkdə paytaxt ərazisində mövcud olan yaşayış massivlərinin böyük bir hissəsi digər təyinatlar üçün istifadə olunacaq. Bakıda artıq çoxmənzilli bina tikmək üçün yer qalmayıb. Yeni tikililər indi ancaq sökülən köhnə binaların yerində inşa edilir. Belə olduğu üçün də tələbat artır və əmlakların satış qiyməti yüksəlir.

Bu sözləri Tribuna-ya əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, paytaxt ərazisində baş verən qiymət artımları mənzil alıcılarının böyük bir hissəsinin Bakı ətrafı ərazilərə üz tutumasına səbəb olub:

“Paytaxtda artıq ucuz qiymətə ev tapmaq çətindir. Ucuz evlər, mənzillər indi ancaq Bakıətrafı ərazilərdədir. Bu səbəbdən alıcı indi oralara üz tutur.
Hər il qiymətlər artır. Keçən illə müqayisədə bu il mənzillərin qiyməti 10-15 faiz artıb. Hətta bəzi ərazilərdə bu artım 20 faizə belə çatır. Artıq uzun müddətdir ki, qiymətlərdə enmə yoxdur.
Hesab edirəm ki, yaxın illərdə də belə bir hal gözlənilmir. Artım davam edəcək. Bu artım da müştəri qıtlığına səbəb olur. Potensial alıcı kənara üz tutur”.

Müştəri qıtlığı bu formada davam edərsə, ekspertlərin fikrincə, süni qiymət artımında enmələr müşahidə oluna bilər.

Gülşən Rəsul

Избранный
30
1
tribunainfo.az

2Источники