RU

Zöhran Mamdani Nyu-York şəhərinin yeni meri SEÇİLDİ

Sosialist Zöhran Mamdani Nyu-York şəhərinin yeni meri olub.

İnterpress.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Onilliklər ərzində ilk dəfə olaraq Nyu-York şəhərinin meri sosialist olacaq.

NBC-nin məlumatına görə, Uqanda əsilli müsəlman 34 yaşlı Zöhran Mamdani mer seçkilərində qalib gəlib.

Mamdani səslərin 50,4%-ni toplayaraq keçmiş qubernator Endryu Kuomoya (41,6%) və respublikaçı Körtis Slivaya (7,2%) qalib gəlib.

Seçkilərdə iştirak 1969-cu ildən bəri ən yüksək olub.

“Dostlarım, biz siyasi sülaləni devirdik”, – Mamdani qələbəsini qeyd edərək bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
40
interpress.az

1Источники