RU

Erməni nazir İlham Əliyevin Göyçə gölü ilə bağlı fikirlərini müdafiə etdi

"Müdafiə etmək istəmirəm, amma ifadə belə idi: Çar xəritələrində Sevan yoxdur, Göyçə var".  

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı açıqlayıb. 

"Məncə, İlham Əliyevin "bu gün Sevan yoxdur, Göyçə var" dediyini demək olmaz. Gəlin əsl Ermənistan, əsl, bugünkü Ermənistan, Azərbaycanın tanıdığı sərhədlər haqqında danışaq", - deyə o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib: "Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb".

Ağarza Elçinoğlu 

Избранный
10
2
unikal.az

3Источники