RU

Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Azərbaycan elminin yol xəritəsidir

Bakı. Trend:

Hər bir cəmiyyətin intellektini və inkişaf göstəricilərinişərtləndirən əsas meyarlardan biri onun elmi potensialıdır. Tarixitəcrübə də göstərir ki, elmdə uğurlara imza atan cəmiyyətlər digərsahələrdə də inkişafa nail ola bilirlər. Müasir dövr, xüsusənDördüncü Sənaye İnqilabının rəqəmsal nəticələri isə elminqarşısında növbəti yeni çağırışları formalaşdırır, bu sahədə dahaçevik fəaliyyətin həyata keçirilməsini tələb edir.

Zəngin keçmişi və böyük uğurları olan Azərbaycan elmi də daimmüasir çağırışlarla ayaqlaşmalı, öz işini dövrün tələblərinə uyğunqurmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan MilliElmlər Akademiyasının 80 illik yubileyində söylədiyi nitqindəsəsləndirdiyi fikirlər Azərbaycan elminin qarşısında çağdaş qlobalinkişaf tendensiyalarından irəli gələn vəzifələrin müəyyən olunmasıbaxımından təkmil yol xəritəsi oldu.

Qeyd etdiyim kimi, Azərbaycan elmi zəngin tarixə və həm dəənənələrə malikdir. Alimlərimiz, filosoflarımız, mütəfəkkirlərimiztarix boyu xalqımızın və bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyüktöhfələr veriblər. Elə Azərbaycan Milli Elmlər Akademiyasınıntarixi və fəaliyyəti də ölkəmizdə elmin inkişafına hər zamangöstərilən diqqət və qayğıdan xəbər verir. Azərbaycanda elmininkişafından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin tarixixidmətlərini də xüsusi vurğulamalıyıq. Prezident İlham ƏliyevinAMEA-nın 80 illik yubileyində qeyd etdiyi kimi hələ ötən əsrin70-ci illərində Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanıAkademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqatinstitutu yaradıldı. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü iləAzərbaycan gənclərinin oxumaq üçün keçmiş ittifaqın nüfuzlu aliməktəblərinə göndərilməsi də respublikamızın elmi potensialınıyüksəltmişdi. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətəqayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də1993-cü ildə Milli Elmlər Akademiyasında keçirilmişdi və bu UluÖndərin ziyalıların cəmiyyətindəki yerinə və roluna verdiyi böyükdəyərin göstəricisi idi.

Azərbaycanın dinamik inkişafı ilə səciyyələnən müasir dövr həmdə elmi yüksəliş mərhələsi kimi xarakterizə edilir. Bunun da səbəbirespublikamızda elmin inkişafı üçün güclü siyasi iradənin mövcudolmasıdır. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyiənənələri davam etdirən Prezident İlham Əliyev respublikamızın elmipotensialının qorunmasını və daha da inkişafına nail olunmasınıdövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənedib. Azərbaycanın genişlənən maliyyə imkanlarının nəticəsi olaraqhər il dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin də həcmiartırılıb.

Bu dövrdə respublikamızda elmin inkişafı üzrə Milli Strategiyaqəbul edilib, “Elm haqqında” qanun qəbul olunub. Bu sahədə icraedilən Dövlət Proqramı elmi inkişafa böyük təkan verməklə,fundamental dəyişikliklərə səbəb olub. Elmi müəssisələrinmaddi-texniki bazasının möhkəmləndirilməsi, innovasiyafəaliyyətinin normativ-hüquqi bazasının gücləndirilməsi də elmininkişafı sahəsində qarşıya qoyulan vəzifələrin uğurlu icrasına yolaçıb. O cümlədən 2009-cu ildə Elm Fondunun yaradılması ölkəmizdəelmin inkişafına göstərilən qayğının mühüm tərkib hissəsidir.

AMEA-dakı çıxışında elmin inkişafı ilə bağlı görülən işlərdəndanışan Prezident İlham Əliyev elm adamlarının daha çox diqqətyetirməli olduqları məsələləri də diqqətə çatdırdı. Müasir dövrsürətli inkişaf yolundadır. Belə bir dövrdə qarşıda duran vəzifələrdə sürətlə dəyişir. Dövlətimizin başçısının bildirdiyi kimi bu günəsas vəzifələrdən biri texnologi inkişafdır. Dünya Dördüncü Sənayeİnqilabı dövründə yaşayır. Bu dövrün əsas reallıqlarından biritexnologi inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsi, hər birsahədə rəqəmsal texnologiyaların tətbiq olunmasının geniş vüsətalmasıdır. Bu baxımdan hazırda hər bir ölkənin yüksəlişi onuntexnoloji imkanları və rəqəmsallaşma səviyyəsi ilə ölçülür.Rəqəmsallaşma dövründə həm də süni intellekt cəmiyyət həyatınınbütün sahələrinə nüfuz etməkdədir. Prezident İlham Əliyev bu barədədanışarkən müasir reallıqlara əsaslandı və Azərbaycan alimlərinitexnoloji yüksəlişdə, o cümlədən süni intellektin həm inkişafında,həm də tətbiqində, o cümlədən rəqəmsallaşmada fəal olmağa dəvətetdi.

Prezident İlham Əliyevin kibertəhlükəsizlik, hərbi sənaye,bərpaolunan enerji ilə bağlı toxunduğu məqamlar də müasir dövrüninkişaf tendensiyaları ilə səsləşən məsələlərdir. Ölkəmzin busahələrdə uğur qazanması texnoloji inkişafdan və elm adamlarınıntöhfələrindən əhəmiyyətli dərəcədə asılıdır. Prezident İlhamƏliyevin bildirdiyi kimi bizim elmimizin praktik nəticələriolmalıdır:

"Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətliinkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşmayüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizimdövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəalişləyəcəklər".

Prezident İlham Əliyevin dövlətimizin tarixi, əzəli Azərbaycantorpaqları olan indiki Ermənistan ərazisində xalqımıza məxsustoponimlərin dəyişdirilməsi, o cümlədən ana dilimizlə bağlı qeydetdiyi məsələlər isə alimlərimizin qarşısında dayanan milli-mənəvivəzifələrdir. Bütün bunlar həm əsil həqiqətlərin dünyaictimaiyyətinə çatdırılması, həm gənc nəslin tariximizi yaxındanbilməsi, həm Qərbi Azərbaycana qayıdışın məntiqli və ədalətlisəslənməsi, həm də ana dilimizin saflığının qorunması baxımındanvacibdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqilAzərbaycanın tarixini tədqiq və təbliğ edən əsərlərə ehtiyacvar.

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha göstərdi ki,elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindənbiridir və respublikamızın inkişafında bundan sonra da elminyaxından iştirakına, elmi nailiyyətlərin iqtisadiyyata praktiktətbiqinə xüsusi diqqət ayrılacaq. Dövlətimizin başçısının nitqindəelmlə bağlı qeyd etdiyi məsələlər həm də Azərbaycanın inkişafınınyeni mərhələsinin ideoloji əsaslarını müəyyən edən millivəzifələrdir. Bu vəzifələrin icrası qarşıdakı dövrdə Azərbaycanıniqtisadi, texnoloji və rəqəmsal yüksəlişində mühüm roloynayacaqdır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Избранный
39
3
az.trend.az

4Источники