RU

Azərbaycanda şirkət və təşkilatların ümumi mənfəəti azalıb

2024-cü ildə ölkə üzrə müəssisə və təşkilatların ümumi mənfəəti 52,1 milyard manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 7,6 faiz azalma deməkdir. Halbuki, 2023-cü ildə 56.8 mlrd. manat mənfəət əldə etmişdilər.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, keçən il şirkətlər mənfəətindən dövlətə 6.8 mlrd. manata yaxın mənfəət vergisi ödəyiblər.

2024-cü ildə iqtisadi fəaliyyət növləri üzrə ən yüksək mənfəət artımı peşə, elmi və texniki fəaliyyət sahəsində qeydə alınıb — bu sahədə mənfəət əvvəlki illə müqayisədə 57 faiz artıb. Ondan sonra səhiyyə və sosial xidmətlər sahəsində 49,8 faiz, informasiya və rabitə sahəsində 48,2 faiz, inzibati və yardımçı xidmətlərdə isə 21,8 faiz artım müşahidə olunub.

Ən böyük azalma isə mədənçıxarma sənayesi üzrə qeydə alınıb — bu sahədə mənfəət 12,1 faiz azalıb. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 4,1 faiz, emal sənayesində 7,5 faiz, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda isə 3,9 faiz azalma baş verib.

Избранный
36
banker.az

1Источники