RU

DÇ–2027-də qadın rəqiblərimiz

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ–2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C liqasında mübarizə aparacaq.

Püşk zamanı ikinci səbətdə yer alan yığmamız III qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

Qeyd edək ki, DÇ–2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Qabil YUSİFOĞLU
XQ

Избранный
14
3
xalqqazeti.az

10Источники