RU

Köçəryan Paşinyanın yerinə onu gətirmək istəyir

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Ermənistanda seçkiqabağı həyəcan yalnız hakim komandada deyil, həm də müxalif dairələrdə başlayıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Məsələn, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın komandasının bu anda müzakirə etdiyi ən aktual məsələ seçki siyahısına kimin başçılıq edəcəyidir. O, 2026-cı ildə keçiriləcək parlament seçkilərində öz oğlu, “Hayastan” fraksiyasının deputatı Levon Köçəryanı partiya siyahısında birinci yerdə göstərməyi planlaşdırır.

Levon artıq bir neçə ildir siyasətdədir və Milli Məclisin deputatıdır. O, son aylarda regionlardan, demək olar, evə gəlmir, daim seçicilərlə görüşlər keçirir.

Bu seçkilərdə əvvəlki — 2021-ci ilin ssenarisini təkrarlamaq mümkün deyil. O vaxt siyahıya ikinci prezident özü rəhbərlik edirdi, oğlu isə 50-ci yerdə idi. İndi anlayırlar ki, əvvəlki nəticəni əldə edə bilməyəcəklər və bu halda həm ata, həm də oğulun adının siyahının ilk onluğuna düşməsi etik baxımdan düzgün sayılmayacaq”, – nəşr yazıb.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
globalinfo.az

1Источники