RU

"Google Cloud": Azərbaycanda süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası üçün normativ baza yenilənməlidir

Azərbaycanda süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası üçün normativ baza yenilənməlidir.

“İki sahil” xəbər verir ki, bunu "Google Cloud" şirkətinin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsraildə hökumətlərlə əlaqələr üzrə rəhbəri Marina Junic Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirinin II günündə bildirib.

Onun sözlərinə görə, süni intellektin dövlət idarəçiliyində tətbiqi tənzimləyici mexanizmlərin gücləndirilməsini tələb edir.

M. Junic qeyd edib ki, süni intellektin dövlətlərdə rəqəmsal transformasiyaya xidmət etməsi üçün əsas məsələ qanunvericiliyin yenilənməsi və uyğunlaşdırılmasıdır: "Normativ tənzimləmə çox vacibdir. Rəqəmsal transformasiyanı sürətləndirmək üçün qaydaların yenilənməsi və uyğunlaşdırılması vacibdir. Google olaraq biz bu məsələyə kompleks yanaşırıq və dünyanın bir çox hökumətləri ilə əməkdaşlıq edirik. Azərbaycan kimi rəqəmsal inkişaf kursunu seçmiş ölkələr üçün bu, xüsusilə önəmlidir".

"Google Cloud" rəsmisi qeyd edib ki, hər bir ölkə üçün milli miqyasda bacarıqların inkişafı planının hazırlanması ən vacib addımlardan biridir: "Bu, təxirəsalınmaz və strateji bir tapşırıqdır. Çünki bu cür planlar bizi real irəliləyişə aparacaq".

Избранный
42
ikisahil.az

1Источники