RU

FHN metroda təlim keçirdi

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarında taktiki-xüsusi təlim keçiriblər.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyaları arası 1-ci yol mənzilində yerləşən 203b drossellərdə “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

Избранный
27
9
publika.az

10Источники