RU

Neft yataqlarının kəşfi Türkiyənin Şırnak vilayəti üçün yeni perspektivlər açır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Qabar dağında neft yataqlarının kəşfi Türkiyənin cənub-şərqində yerləşən Şırnak vilayəti üçün yeni perspektivlər açır. AZƏRTAC xəbər verir ki, bu bəyanatla Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi çıxış edib.

Əvvəllər terrorçuların yuvası olmuş Qabar dağının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Terrorsuz Türkiyə” təşəbbüsü ilə təhlükəsiz məkana çevrilməsi və bu ərazidə neft hasilatının artırılması bölgəyə tərəqqi və sabitlik vəd edir.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib: “Qabar dağı “Terrorsuz Türkiyə” idealımızın ən konkret nümunəsidir. Bu gün neft hasil edən avadanlıqların səsi bir vaxtlar atəş səslərinin eşidildiyi dağlarda əks-səda verir. İstehsal etdiyimiz hər barel neft müstəqil Türkiyənin gücünün rəmzinə çevrilir. Terrorizmin yaratdığı qaranlıq əvəzinə, indi Qabarda əmək və ümid işığı parlayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
azertag.az

3Источники