RU

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: İrandan etiraz yoxdur

BAKI, 5 noyabr. TELEQRAF

TRIPP (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) layihəsiçərçivəsində ABŞ-nin regionda iştirakı ilə bağlı nə Moskva, nə də Tehran tərəfindən etiraz səsləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün keçirilən "Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı tədbirdə bildirib.

Mirzoyan vurğulayıb ki, Ermənistanda artıq ABŞ, eləcə də Argentina və Çin kapitallı şirkətlər fəaliyyət göstərir:

"TRIPP layihəsi siyasi maraq doğurur və bölgədə sülhün təmin olunması üçün mühüm vasitələrdən biri hesab olunur. Rəsmi olaraq nə Rusiya, nə də İran narahatlıq ifadə edib. Əksinə, hər iki ölkə layihədə maraqlıdır. Üstəlik, Rusiyanın Ermənistanın digər mühüm infrastruktur layihəsinin, "Cənubi Qafqaz Dəmir Yolları" şirkətinin - operatoru olduğunu nəzərə almaq lazımdır".

Избранный
63
teleqraf.com

1Источники