RU

Ermənistan hökuməti Azərbaycana minnətdarlığını bildirdi

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycana təşəkkür edib.

Qriqoryan "Armenpress" agentliyinə açıqlamasında hazırda Rusiyadan Ermənistana taxıl aparan qatarın artıq Azərbaycan ərazisindən keçərək Gürcüstana doğru getdiyini bildirib.

Qriqoryan deyib: "Rusiyadan Ermənistana taxıl aparan qatar artıq Azərbaycan ərazisindən keçərək Gürcüstana doğru hərəkət edir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, Azərbaycan və Rusiyadakı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Bu tədbir qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh prosesinin irəliləməsi üçün böyük əhəmiyyət kəsb edir".

Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
8
hurriyyet.az

10Источники