RU

Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb

Bakı. Trend:

Aqrar Sığorta Fondunun meyvə bağlarının sığortası üzrə həyatakeçirdiyi ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb.

Trend Fondaistinadən xəbər verir ki, meyvə bağları üzrə ödənişlər alça, alma,armud, badam, ərik, fındıq, gavalı, gilas, xurma, qoz, limon, nar,naringi, nektarin, portağal, şaftalı, üzüm bağları üzrə həyatakeçirilib. Ən böyük sığorta ödənişləri üzüm, gilas,şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrəhəyata keçirilib.

Üzüm bağlarına dəymiş zərərlər üzrə indiyədək 168 min manat,gilas bağlarına dəymiş zərərlər üzrə 136 min manat,şaftalı-nektarin bağları üzrə 110 min manat, badam bağlarına dəymişzərərlər üzrə isə 93 min manat sığorta ödənişi həyata keçirilib.Müxtəlif hadisələrdən zərər çəkmiş alma və alça bağlarına müvafiqolaraq 77 min manat və 67 min manat sığorta ödənişi edilib.

İndiyədək olan hadisələr göstərir ki, meyvə bağlarına ən çoxzərər vuran hadisələr fırtına, dolu, şaxtavurma vəsel-subasmadır.

Xatırladaq ki, aqrar sığorta üzrə ümumilikdə 41 növ bitki vəbitki məhsulu sığortalamaq mümkündür. Sığortalanan bitkilərin birhissəsi meyvələrdir. Belə ki, aqrar sığorta vasitəsilə albalı,alça, alma, armud, badam, çiyələk, ərik, fındıq, gavalı, gilas,heyva, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal,şaftalı, üzüm, zeytun bağlarını sığortalamaq mümkündür. AqrarSığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa,fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadanartıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncüşəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyətitkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvəbağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəliziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi,ildırım nəticəsində yarana bilən risklərdən qoruyur. Fermerlərdövlət dəstəkli aqrar sığortanın yaratdığı bu üstünlüklərdənfaydalanaraq bağlarını sığortalayırlar. Hadisə baş verdikdə isəfermerlərə sığorta ödənişləri həyata keçirilir.

Qeyd edək ki, aqrar sığorta vasitəsilə meyvə bağlarındatoplanacaq məhsulla yanaşı, tingləri və ağacları da ayrıca sığortaetmək mümkündür. Dövlət tərəfindən təqdim olunan 50%-lik sığortahaqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnızyarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlətözü ödəyir. Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırdameyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvəbağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öztəsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.

Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlərözləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internetsəhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablayabilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru).

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosialşəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqəsaxlamaqla əldə etmək olar.

Məqalədə:
Избранный
12
13
az.trend.az

10Источники