RU

Beyləqan kənd məktəbində YENİLİK

Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonu Kəbirli kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə tədris korpusunun tikintisi artıq yekunlaşıb.

Hafta.az xəbər verir ki, layihənin icrası nəticəsində məktəbdə ümumilikdə 824 şagirdin təhsil alması üçün müasir şərait yaradılıb. Layihə çərçivəsində həm əsas binada, həm də yeni korpusda zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Məktəbdə ümumilikdə 35 sinif otağı, 3 laboratoriya, 3 informatika kabineti, çağırışaqədərki hazırlıq və əmək otaqları, kitabxana və oxu zalı, akt və idman zalları, eləcə də yeməkxana fəaliyyət göstərir. Yeni tədris binası müasir istilik və yanğın təhlükəsizliyi sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq işləri aparılıb, idman meydançaları və yaşıllıq zolaqları salınıb.

Bu layihə Beyləqan rayonunda təhsil infrastrukturunun müasirləşdirilməsi, şagirdlərin təhlükəsiz və rahat mühitdə təhsil alması, eləcə də müəllimlərin səmərəli fəaliyyətinə şərait yaradılması məqsədilə həyata keçirilib. 







Избранный
15
4
hafta.az

7Источники