Noyabrın 16-da UFC322 tədbiri baş tutacaq.

Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə Cek Della Maddalena və İslam Maxaçev üz-üzə gələcək.

Della Maddalena İslamı təəccübləndirə biləcəyini düşünür:

“İslam yəqin ki, “məni yerə endirəcəyini, orada saxlacağını və təslim olmağa məcbur edəcəyini” düşünür. Ancaq güləşimlə onu təəccübləndirə biləcəyimə inanıram və onun üslubuna uyğun texnikalarım var və düşünürəm ki, bu, onu bir qədər tarazlığını pozacaq".