RU

Ölkədə 431 min dekalitrə yaxın meyvə şirəsi ehtiyatı var

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 3 180,9 min dekalitr meyvə şirələri istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3,5 faiz və ya 106,5 min dekalitr çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 38,8 faiz və ya 109,3 min dekalitr artım qeydə alınıb. Sentyabr ayında 391,1 min dekalitr meyvə şirələri istehsal edilib.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 430,7 min dekalitr təşkil edib.

Избранный
31
vergiler.az

1Источники