RU

Rusiya bu istiqamətdə 170 min hərbçi cəmləşdirib Məqsəd nədir?

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rus qoşunları Donetsk vilayətində yerləşən Pokrovsk şəhərini mühasirəyə salmaq məqsədilə bu istiqamətdə 170 min hərbçini cəmləşdirib. 

Bu barədə Ukraynanın 42-ci ayrı mexanikləşdirilmiş briqadanın briqada kəşfiyyat bölməsinin baş çavuşu bildirib.

“Bu, onların əsas taktikasıdır. Pokrovsk istiqamətində 170 min rus hərbçisi toplanıb. Müharibənin əvvəlində Ukraynaya 200 min rus əsgəri girmişdi. İndi təkcə Pokrovskda 170 min hərbçiləri var. Onların sayı çox böyükdür. Onlar öz qüvvələrini kiçik qruplara bölüblər. Hazırda Pokrovska dalğa-dalğa hücum edən 11 min piyada var. Onları 2–4 nəfərlik qruplarla irəli göndərirlər. Çünki əgər bütöv bir rota göndərilsə, bəziləri komandirlərinə qarşı üsyan edə bilər. Onlar faktiki olaraq ölümə göndərilirlər”, – deyə hərbçi izah edib.

Onun sözlərinə görə, Pokrovskdakı vəziyyət son dərəcə ağırdır. Şəhər istiqamətində intensiv döyüşlər davam edir, Rusiya qüvvələri bir neçə istiqamətdən irəliləməyə cəhd göstərir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
azpolitika.info

1Источники