RU

Gələn il ortaaylıq əməkhaqqı nə qədər artırılacaq? – STATİSTİKA

Bakı. Trend:

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhaliningəlirlərinin real artım tempi növbəti ildə 3,4faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faizproqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gəlirlərin artımına uyğun olaraq əhalininxərclərinin real artım tempi növbəti ildə 3,5 faizsəviyyəsində, 2027-2029-cu illərdə isə orta illik3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cıildə 6,9 faiz, 2027-2029-cu illərdə isə orta illik2,9 faiz, qeyri neft-qaz sektorunda isə müvafiqolaraq 1,1 faiz və 4,8 faizartacaq.

Vurğulanıb ki, 2024-cü il ərzində ölkə əhalisinin gəlirləriəvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faizartaraq 83,1 mlrd. manata çatıb. Əhalininsərəncamında qalan gəlirləri 73,4 mlrd. manattəşkil edib. 2024-cü ildə əhalinin gəlirlərində inflyasiya nəzərəalınmaqla 4,1 faiz real artım müşahidə olunub.

2024-cü ildə əhalinin xərcləri əvvəlki ilə nisbətən nominalifadədə 6,1 faiz artaraq 81,1mlrd. manat olub.

2024-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1faiz artaraq 1.009,2 manat təşkil edib.

“Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsihaqqında” qanun layihəsi

Bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının proqnozgöstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsasmakroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqıgöstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə1170,8 manat göstərilib. Fondun 2026-cı ildəməcburi dövlət sosial sığorta haqları üzrə gözləniləndaxilolmaların həcminin, habelə növbəti illərin proqnozrəqəmlərinin müəyyən edilməsi üçün qeyd edilən bu göstəricilər bazaqismində qəbul edilərək büdcə tərtibi zamanı hesablamalarda nəzərəalınıb.

Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində 2025-ciilin yanvar-may ayları üzrə açıqlanmış aylıq makroiqtisadigöstəricilər barədə rəsmi statistik məlumata əsasən, bu göstərici1095,0 manat (və ya əvvəlki ilin müvafiq dövrününgöstəricisi ilə müqayisədə 9,1 faiz çox) təşkiledib ki, bu da cari vəziyyətdə 2026-cı il üzrə orta aylıq əməkhaqqıgöstəricisinin 1170,8 manat təşkil etməsi barədəgözləntilərin əsaslı olduğunu deməyə imkan verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məcburidövlət sosial sığorta haqları üzrə 2021-2024-cü illərə dair debitorvə kreditor borcları barədə rəsmi qaydada əldə olunmuş göstəricilərbu istiqamətdə ümumi tarazlığın qismən pozulduğunu, əvvəlki ilinmüvafiq göstəriciləri ilə müqayisədə debitor borcunun faizgöstəricisinin artımı (2022-ci ildə 7,24 faiz,2023-cü ildə 9,91 faiz, 2024-cü ildə isə12,70 faiz) debitor borclarında 2026-cı ildəməcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda potensialgöstərici olaraq istifadə etməyə imkan verir.

Избранный
65
9
az.trend.az

10Источники