RU

AEBA: İran agentliklə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran gərginliyin artmasının qarşısını almaq üçün BMT inspektorları ilə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır.

APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi “Financial Times” qəzetinə bildirib.

O qeyd edib ki, 12 günlük İran-İsrail müharibəsindən sonra AEBA İranda bir çox inspekiyalar həyata keçirib.

Lakin, agentliyə İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə giriş icazəsi verilməyib. (Bu obyektlər ABŞ tərəfindən bombalanıb)

Xatırladaq ki, Qrossi oktyabr ayında İranın zənginləşdirilmiş uran ehtiyatı ətrafında hərəkətliliyin qeydə alındığını, lakin bunun hələ uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsi demək olmadığını bəyan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
2
apa.az

3Источники