RU

Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman meri olacaq

ABŞ-nin Demokratlar Partiyasından namizəd Zohran Mamdani 2026-cı il yanvarın 1-dən Nyu-Yorkun yeni meri olacağını bəyan edib.
 
Moderator.az xəbər verir ki, o, bunu tərəfdarları qarşısında çıxışında bildirib.
 
"Yanvarın 1-də mən Nyu-York meri kimi and içəcəyəm", - deyə o bildirib.
 
Qeyd edək ki, 34 yaşlı Zohran Mamdani son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc mer kimi tarixə düşəcək. O, eyni zamanda, şəhərin ilk müsəlman meri olacaq.
 
Mamdani öz çıxışında Nyu-Yorku fəhlə sinfinin yaşayışı üçün əlverişli məkana çevirəcəyini vəd edib.
 
Səslərin hesablanması hələ də davam edir, lakin ABŞ-nin böyük kütləvi informasiya vasitələri, o cümlədən "FOX News", "NBC News" telekanalları, "Associated Press" agentliyi, "The Wall Street Journal" və "The New York Times" nəşrləri Mamdaninin qələbəsini proqnozlaşdırırlar. O, müstəqil namizəd Endryu Kuomonu və respublikaçı Körtis Slivanı geridə qoyub.
 
Mamdani seçki kampaniyası zamanı ev kirayəsi qiymətlərinin artmasının qarşısını alacağını, avtobuslarda pulsuz gedişi təmin edəcəyini, şəhərdə ucuz qiymətlərlə ərzaq mağazaları şəbəkəsi yaradacağını, 2030-cu ilə qədər saatlıq minimum əməkhaqqını indiki 16.5 dollardan 30 dollara qədər artıracağını vəd edib. O özünün sosial təşəbbüslərini maliyyələşdirmək üçün əmlak vergisini artırmağı, həmçinin Nyu-Yorkun özəl universitetləri üçün əmlak vergisi tətbiq etməyi nəzərdə tutur ki, sonradan həmin vəsaiti dövlət ali təhsil sistemində pulsuz təhsilin maliyyələşdirilməsinə yönəltsin.
 
Hazırda Nyu-Yorkun meri Erik Adamsdır. O, əvvəlcə seçkidə müstəqil namizəd kimi iştirak etmək istəyirdi, lakin sentyabrda seçki yarışından çıxdığını elan edib.
Избранный
28
26
moderator.az

10Источники