RU

“Putinin “Burevestnik”, “Poseydon” barədəki çıxışları sadəcə təbliğat  xarakteri daşıyır…”

“Rusiyanın Amerikanın nüvə raket sistemlərinə alternativ yaratması mümkün deyil...”
 
Sanki ABŞ Prezidenti Donald Trampın “Lukoyl” və “Rosneft”  şirkətlərinə qarşı ciddi görünən sanksiyalarına cavab olaraq Rusiya lideri Vladimir Putin bu günlərdə 14 min km məsafəyə uçan, nüvə reaktorlu, amerikalıların “uçan Çernobıl” adlandırdıqları “Burevestnik” qitələrarası raketinin sınağını keçirdi. Və ondan sonrakı çıxışlarında mütəmadi olaraq Rusiyanın nüvə silahlarının üstünlüyündən bəs etməyə başlayıb. Dünən – noyabrın 4-dəki çıxışında da “Burevestnik” və “Poseydon”dan dəm vurdur.  Görəsən, bu fonda Avropa və ABŞ-ın Ukraynada sülhün əldə olunması istiqamətində atdığı addımları necə dəyərləndirmək olar?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bunları söyləyib:
 
“Təəssüf ki, Amerikanın hazırkı rəhbəri çox qeyri-ciddi və nala-mıxa vuran adamdır. Əgər o bundan sonra öz mövqelərində sabit dayansa və vəd etdiyi silah-sursatı Ukraynaya çatdırsa, Ukrayna mütləq müharibədə qısa müddətdə uğur qazana bilər. Qaldı Putinin “Burevestnik” uçurması, nüvə hədəsi və s...  Bunlar hamısı ritorika və qarşı tərəfə təzyiq etmək cəhdidir.  Eyni zamanda Rusiyanın nüvə silahlarının həm modifikasiyası köhnəlib, həmçinin onların yanacaq sistemi sovet dövründən qalmadır. Halbuki nüvə raketlərinin yanacaq sistemi 10 ildən bir təzələnməlidir. “Burevestnik” də, “Poseydon” da, “Topol” da və s.  köhnə sovet raketlərinin cüzi kosmetik təmir edilmiş və müəyyən modifikasiyaya məruz qalmış davamıdır.  Onları yeni, müasir, texnoloji cəhətdən üstün silahlar adlandırmaq doğru deyil. Bu mənada Rusiyanın yeni nüvə raketləri barədəki informasiyalar, o cümlədən Putinin bu mövzuda çıxışları sadəcə təbliğat  xarakteri daşıyır və həmin silahlar texnoloji baxımdan ən müasir və üstün, hətta bəzilərində süni intellektin tətbiq edildiyi ABŞ və Qərb sistemləri ilə rəqabət edə biləcək səviyyədə deyil. Rusiyanın həmin nüvə raket sistemlərinə alternativ yaratması mümkün deyil... Bir sözlə, Kreml növbəti dəfə hərbi ritorikasıni işə salaraq qarşı tərəfi qorxuya salmaq, eyni zamanda daxili siyasətdə mövqelərini möhkəmləndirmək istəyir, amma gerçəklikdə ciddi heç nə baş vermir...”
 
Избранный
22
1
moderator.az

2Источники