RU

Avropa Kuboku: “Neftçi” və “Abşeron Lions” bu gün növbəti matçlarına çıxacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

“Neftçi” və “Abşeron Lions” basketbol komandaları FIBA Avropa Kubokunda bu gün növbəti görüşlərini keçirəcək.

AZƏRTAC xəbər verir ki, I qrupunda çıxış edən “ağ-qaralar” Polşanın "Trefl” komandasını qəbul edəcək. Saat 19:00-da start götürəcək qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.

Qrupun digər matçında "Abşeron Lions" Estoniyada "Kalev"lə üz-üzə gələcək. Görüş 21:30-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" 5 xalla 2-ci, "Abşeron Lions" isə 3 xalla 4-cü yerdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
2
azertag.az

3Источники